Roman Qriqorçuk: "Ustalıq çatışmadı"
"Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"a məğlubiyyəti şərh edib. Ukraynalı mütəxəssis oyundan sonra CBC Sport telekanalına açıqlamasında bunları deyib: "Məğlubiyyətin əsas səbəbi kimi futbolçularda ustalığın çatışmadığını söyləmək olar. Fərqlənmək imkanlarımız oldu. Amma, lazımı nəticə üçün əksər epizodlarda oyunçularda ustalıq yetmədi. Kobud səhvlərin nəticəsi kimi məğlubiyyətlə barışdıq"