Roman Yaremçuk: "Belçikanın yox, bizim günümüz olacaq"
Bu gün Avropa çempionatında qrup mərhələsinə yekun vurulur.
Sportline.az xəbər verir ki, maraqla gözlənilən oyunlardan birində Ukrayna və Belçika milliləri üz-üzə gələcəklər.
Ukrayna seçməsinin futbolçusu Roman Yaremçuk qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
"Belçika yüksək səviyyəli rəqibdir. Bizi çox çətin oyun gözləyir. Belə rəqiblə oyunda xal qazanmaq asan olmayacaq. Ümid edirəm ki, bu gün Belçikanın yox, bizim günümüz olacaq", - deyə Yaremçuk "RTBF"yə açıqlamasında bildirib.
Qeyd edək ki, Ukrayna - Belçika matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.