"Roma"nı İngiltərə nəhənginə dəyişə bilər
"Roma"nın fransalı yarımmüdafiəçisi Manu Kone karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "United İn Focus" nəşri məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçinin dəyəri 50 milyon avrodur.
Qeyd edək ki, M.Kone bu mövsüm 10 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.