"Roma"nın futbolçusu avtomobil qəzasına düşüb

"Qarabağ”ın ÇL-in qrupundakı son rəqibi "Roma”nın futbolçusu Dieqo Perotti avtomobil qəzası keçirib.

Sportline.az "La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında olub.

Argentinalı yarımmüdafiəçi "Porsche Cayenne” markalı avtomobili  ilə qəzaya düşüb. Avtomobil ciddi zərər görsə də, 29 yaşlı futbolçunun özü və qəzada iştirak edən digər şəxslər xəsarət almayıblar.

Qeyd edək ki, "Roma”  - "Qarabağ” matçı dekabrın 5-də keçiriləcək.  

"Roma"nın futbolçusu qəzaya düşdü