"Roma"nın futbolçusu Bakıdakı oyundan danışdı

"Roma"nın yarımmüdafiəçisi Alessandro Florentsi ölkə çempionumuz "Qarabağ"la Bakıda keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb. Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, rəqib futbolçu daha çox meydanın vəziyyətindən narahatlığını ifadə edib: “Ağır meydanda oynamaq bizə çətin olacaq. Bununla belə bizim üstünlüklərimiz daha çoxdur"-deyən Florentsi oyun keyfiyyətlərini ortaya qoymalı olduqlarını vurğulaıb. Xatırladaq ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" matçı saat 20:00-da başlanacaq.