“Roma”nın gözü “Tottenhem”in oyunçusuna düşüb

Bu mövsüm İtaliya A Seriyasında çempionluğu hədəfləyən “Roma” “Tottenhem”in futbolçusu Matyas Teli heyətə cəlb etmək istəyir.

Sportline.az xəbər verir ki, 20 yaşlı forvardın transfer qiyməti 35 milyon avrodur.

Bu haqda “Calciomercato” nəşri məlumat yayıb.

Qeyd edək ki, Fransa U-21 millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 2 qolla yadda qalıb.