"Roma"nın Zirkze planı

"Roma" "Mançester Yunayted"dən Coşua Zirkzeni transfer etməyə çalışır.

Sportline.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı Can Piero Qasperini 24 yaşlı hücumçunun transferini rəhbərliktən tələb edib.

Bu haqda "TBR Football" nəşri məlumat yayıb.

Qeyd edək ki, Zirkze "Mançester Yunayted"dən ayrılmaq fikrində qətidir. Buna səbəb oyunçunun az forma şansı əldə etməsidir.