Ronald Arauxo İtaliya klubunun hədəfində

İtaliyanın “İnter” klubu Ronald Arauxonun transferi üçün ilk addımını atıb.

Sportline.az xəbər verir ki, Milan təmsilçisi uruqvaylı müdafiəçi üçün 40 milyon avro dəyərində təklif göndərib.

Bu barədə “The Full Time 90” nəşri məlumat yayıb.

Məlumata görə, “Barselona” təklifləri dinləməyə hazırdır, lakin klub yalnız “İnter”in təklifini əhəmiyyətli dərəcədə artıracağı təqdirdə mümkün transferi nəzərdən keçirəcək. Kataloniya təmsilçisinin rəhbərliyi potensial satışın maliyyə faydalarını dəyərləndirir. Bu transferdən əldə olunacaq vəsaitin yay transfer pəncərəsində müdafiə xəttinin bir neçə yeni oyunçu ilə gücləndirilməsinə kömək edə biləcəyi bildirilir.

“İnter”in baş məşqçisi Kristian Kivu Arauxonun böyük pərəstişkarıdır və artıq futbolçuya öz uzunmüddətli layihəsini təqdim edib.

Banner