Ronald Arauxo qayıdır?

"Mundo Deportivo" nəşrinin yaydığı məlumata görə, "Barselona"nın müdafiəçisi Ronald Arauxo baş məşqçi Hansi Flikə hələ meydanlara qayıtmağa hazır olmadığını bildirib.

Sportline.az xəbər verir ki, uruqvaylı mərkəz müdafiəçisi, mental sağlamlıq problemlərinə fokuslanmaq üçün Kataloniya klubundan icazə aldıqdan sonra bir müddətdir ki, yaşıl meydanlardan uzaq qalıb.  

Arauxonun bu həftənin əvvəlində məşqlərə qayıtması həm klub, həm də azarkeşlər üçün ümidverici bir siqnal olmuşdu.

Lakin onun fiziki hazırlığı hələ tam bərpa olunmayıb.