Ronaldinyo həbsxanadan buraxıldı

Braziliyalı futbol ulduzu Ronaldinyo Paraqvay həbsxanasından buraxılıb.

Sportline.az xəbər verir ki, o, hazırda Asunsyon mehmanxanasında ev dustaqlığındadır. Beləliklə, sabiq futbolçu həbsxanada 1 ay keçirib.

"AS" nəşri isə yazıb ki, Ronaldinyo ev dustaqlığı üçün 1.6 milyon avro ödəyib. Onun otellərin birində video nəzarət altında olacağı vurğulanıb.

Qeyd edək ki, ötən ayın əvvəlləri saxta pasportla tutulduğuna görə Ronaldinyo və qardaşı barəsində Paraqvayda 6 aylıq həbs qərarı verilib.