Ronaldinyo yenidən "Barselona"da

Braziliyanın futbol ulduzlarından olan Ronaldinyo yenidən “Barselona”nın uğurları üçün çalışacaq. Sportline.az xəbər verir ki, bu gün katolonlarla müqavilə bağlayan milyonların sevimlisi "Əfsanələr layihəsi" çərçivəsində futbol veteranları ilə meydana çıxacaq. Ötən ilin sonlarında Bakıya da səfər edən Ronaldinyo “Barsa” brendinin yeni sərhədlər aşması istiqamətində fəaliyyət göstərəcək. Xatırladaq ki, braziliyalı futbolçu  2003-2008-ci illərdə Kataloniya klubunun şərəfini qoruyub.