Ronaldo Avropanın ən yaxşısıdır
UEFA ötən mövsümün ən yaxşı futbolçusunu müəyyənləşdirib. SportLine.az xəbər verir ki, 54 ölkənin nümayəndələri və jurnalistlər arasında keçirilən səsvermədə ən çox səs toplayan Portuqaliya millisinin və Madrid "Real"ının ulduzu - Kriştiano Ronaldo bu nominasiyada qalib olub. O, səsvermədə komanda yoldaşı Qaret Beyli və Madrid "Atletiko"sunun fransalı ulduzu Antuan Qrizmanı qabaqlayıb.