Ronaldo: “Əgər ciddi zədə almasam, davam edəcəyəm"
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 40 yaşlı hücumçusu Kriştiano Ronaldo millinin Millətlər Liqasında qazandığı qələbədən sonra karyerasını başa vurmasından danışıb.
Sportline.az xəbər verir ki, Ronaldo hələ də davam etmək istədiyini bildirib:
"Bilirsiniz, mənim neçə yaşım var. Açığı, əvvəlkindən də sona yaxınam, amma hər anımdan həzz almalıyam. Əgər ciddi zədə almasam, davam edəcəyəm".