Ronaldo futbol klubuna ortaq oldu

Portuqaliyalı hücumçu, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo “Almeriya” futbol klubunun səhmlərinin 25 faizini alıb.

Sportline.az xəbər verir ki, sövdələşmə “CR7 Sports Investments” şirkəti vasitəsilə həyata keçirilib.

Səhmlərin əsas paketi ötən ildən etibarən Məhəmməd Əl-Xereycinin Səudiyyə investisiya qrupuna məxsusdur.

Hazırda “Almeriya” Sequnda turnir cədvəlində üçüncü yeri tutur.