Ronaldo gözünü "Real Madrid"in futbolçusuna dikdi
"Əl-Nəsr"in portuqaliyalı superulduzu Kriştiano Ronaldo rəhbərliktən Antonio Rudigerin transfer edilməsini istəyib.
Sportline.az xəbər verir ki, bu haqda nüfuzlu "Fichajes" nəşri məlumat yayıb.
32 yaşlı stopperi Madrid klubu ilə müqaviləsi yayda başa çatacaq.
Qeyd edək ki, A.Rudiger 2022-ci ildən "los blankos"un şərəfini qoruyur.