Ronaldo ilin ən yaxşısı seçildi
"Əl-Nəsr"in futbolçusu Kriştianu Ronaldu Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib.
Sportline.az xəbər verir ki, Ronaldo 2024-cü il üçün "Globe Soccer" mükafatına layiq görülüb.
39 yaşlı forvard Riyad Mahrez ("Əl-Əhli"), Sergey Milinkoviç-Saviç, Salem Əl-Dosari (hər ikisi "Əl-Hiləl") və Sufyan Rahimini ("Əl-Əyn") qabaqlayıb.
Qeyd edək ki, Ronaldu ötən il də Yaxın Şərqin ən yaxşı futbolçusu olmuşdu.
Kriştiano cari mövsüm çıxış etdiyi 19 matçda 16 qol və 3 asistlə yadda qalıb.