Ronaldo: “Növbəti qonağım interneti dağıdacaq”

“Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo “You-Tube” kanalı üçün yeni qonaq dəvət edəcək.

Sportline.az xəbər verir ki, 39 yaşlı futbolçu jurnalistlərə müsahibəsində bu fikirləri qeyd edib;

“You-Tube” kanalım üçün növbəti qonağımın kim olduğunu yaxın zamanda biləcəksiniz. Bu video interneti dağıdacaq”, - deyə K.Ronaldo bildirib.

Ronaldonun növbəti qonağının MrBeast ləqəbi ilə tanınan məşhur YouTuber olacağı gözlənilir.

MrBeast “You-Tube” tarixində ən çox abonəyə sahib insandır. Onun şəxsi “You-Tube” hesabının abonə sayı 331 milyondur.

Qeyd edək ki, Kriştiano Ronaldonun “You-Tube” kanalının abonə sayı isə 67 milyondur.