"Ronaldo Pirlo üçün problemdir"
İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano "Yuventus"un baş məşqçisi Andrea Pirlonu müdafiə edib.
Sportline.az "Twitch"ə istinadən xəbər veir ki, o deyib ki, son matçlardakı uğursuz çıxışlara görə mütəxəssisin üzərinə az məsuliyyət düşür: "Ötən mövsüm "Yuventus İtaliyada ən yaxşı futbol oynayan məşqçini istefaya göndərdi, amma bir problem var idi. Bu Ronaldo idi.
Pirlo yaxşı futbol oynatmaq istəyir, amma Ronaldo onun üçün də problemdir. Kriştiano yalnız qollar barədə düşünür. Dörd il əvvəlki oyunçu deyil. Pirlo isə məşqçilik karyerasına yeni başlayıb".