Ronaldo: "Qızıl top"u Vinisius qazanmalı idi"

"Əl Nəsr"in portuqaliyalı futbolçusu Kriştiano Ronaldo Vinisius Junior haqqında danışıb.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Ronaldo "Globe Soccer Awards"ın təşkil etdiyi mərasimdə Vinisius Junior haqqında bu fikirləri səsləndirib;

"Qızıl top"u Vinisius Junior qazanmalı idi. O buna sonuna qədər laiq idi. Vini mükəmməl futbolçudur. "Globe Soccer Awards" mükafatını buna görə sevirəm ki, hər zaman düzgün qərar verirlər", - deyə Ronaldo bildirib.

Qeyd edək ki, sözü gedən mərasimdə Ronaldo Şərqin ən yaxşı futbolçu mükafatına laiq görülüb.