Ronaldo: "Real Madrid" hər zaman qəlbimdə olacaq"

"Əl-Nəsr"in portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo sabiq komandası "Real Madrid" haqqında danışıb.

Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, Ronaldo "Real" haqqında müsbət fikirlər səsləndirib;

"Real Madrid" hər zaman mənim qəlbimdə olacaq. O klubu çox sevirəm. Ən xoşbəxt olduğum yer ora idi. O klubda tarix yazdım. Dünyanın gəlmiş keçmiş ən böyük klubu "Real Madrid"dir. Bunu heç kim inkar edə bilməz", - deyə Ronaldo bildirib.

Qeyd edək ki, Ronaldo 2009-2018-ci illər ərzində "Real"da çıxış edib.