Ronaldo “Yuventus”a qalib gəldi
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo ödənilməmiş maaşla bağlı "Yuventus"a qarşı məhkəmədə qalib gəlib.
Sportline.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Turin məhkəməsi "Yuventus"un Ronaldoya 9,7 milyon avro ödəməsi barədə qərara qarşı apellyasiya şikayətini rədd edib.