Ronaldodan imtina

“Yuventus”un hücumçusu Kriştianu Ronaldoya Səudiyyə Ərəbistanından təklif gəlib.

Sportline.az İtaliya mətbuatına istinadən, 35 yaşlı hücumçuya ölkənin turizm məkanlarını reklam etmək üçün 6 milyon manat təklif edilib. Portuqaliyalı oyunçu isə bunu istəməyib.

Belə ki, Ronaldo razılıq verəcəyi təqdirdə ölkəni ziyarət etməli idi.

Həmin təklif “Barselona”nın kapitanı Lionel Messiyə də edilib və argentinalının cavabı gözlənilir.

Qeyd edək ki, FİFA prezidenti Canni İnfantino da bu yaxınlarda futbolçuları Səudiyyə Ərəbistanını gəzməyə çağırıb.