Ronaldodan rekord
İtaliyanın “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu rəsmi matçlarda qolların sayına görə rekordu təkrarlayıb.
Sportline.az xəbər verir ki, futbolçu ötən gün İtaliya çempionatında “Sassuolo”ya qarşı oyunda (3:1) fərqlənib.
Otuz beş yaşlı futbolçunun bu qolu klub və millidəki karyerasında 759-cu olub. Bu sayda rekorda daha əvvəl Avstriya və keçmiş Çexoslovakiya millilərinin hücumçusu Yozef Biçan 1950-ci illərdə imza atıb.
Daha əvvəl Ronaldu qolların sayına görə Peleni də ötüb. Braziliyalı sabiq futbolçunun hesabında 757 qol olub.