Ronaldodan rekord

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Sportline.az xəbər verir ki, portuqaliyalı hücumçu futbol tarixinin ən çox qol vuran  oyunçusu olub. Son olaraq İtaliya Superkubokunun finalında "Napoli" ilə matçda fərqlənən 35 yaşlı oyunçu karyerası ərzində vurduğu qolların sayını 760-a yüksəldib. Bununla da o, çex hücumçu Josef Biçanın bu göstəricidəki rekordunu (759 qol) geridə qoyub.

Qeyd edək ki, Kriştiano Portuqaliya millisi, "Sportinq" (Lissabon), "Mançester Yunayted", "Real" Madrid və "Yuventus"da ümumilikdə 1036 matç keçirib.