Ronaldonun komandası məğlub oldu
Səudiyyə Ərəbistanı Pro Liqasının 14-cü turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Qadisiyə”ni qəbul edib.
Sportline.az xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 51-ci dəqiqədə “Əl-Qadisiyə”nin hücumçusu Xulian Kinyones açıb. 67-ci dəqiqədə Naitan Nandes fərqi iki topa çatdırıb. Meydan sahiblərinin yeganə qolunu isə 81-ci dəqiqədə penaltidən Kriştiano Ronaldo vurub.
Qeyd edək ki, bu, portuqaliyalı ulduzun karyerasındakı 958-ci qolu olub. Bununla da o, Səudiyyə Ərəbistanı Premyer Liqasının qol vuran oyunçuları siyahısında birinci yerə sahiblənib.
Xatırladaq ki, 13 oyundan sonra 31 xalı olan "Əl-Nəsr" turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Aktivində 27 xal olan "Əl-Qadisiyə" isə 4-cü sıradadır.