Ronaldonun sevgilisindən göz oxşayan fotolar

Ötən ay "Əl-Nəsr"ə keçən Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez Səudiyyə Ərəbistanında bir mükafatlandırma mərasimində iştirak edib.

Sportline.az xəbər verir ki, o bununla bağlı İnstaqram hesabında paylaşım edib.

Corcina tədbirdə çəkilən şəkillərini “Hər kəsə böyük təşəkkürlər, səni sevirəm Səudiyyə Ərəbistanı” sözləri ilə paylaşıb.

O, hər zaman olduğu kimi, bu dəfə də öz görünüşü və geyim tərzi ilə seçilib.