Ronalduya 5 oyunluq cəza

Madrid "Real"ının lideri Kriştianu Ronaldu İspaniya Futbol Federasiyası tərəfindən cəzalandırılıb. SportLine.az xəbər verir ki, "Barselona" ilə Superkubok görüşündə qırmızı vərəqə görən futbolçu növbəti beş oyunda komandasına kömək edə bilməyəcək.

Portuqaliyalı ulduz qırmızı vərəqəyə görə bir, hakimi itələdiyi üçün dörd oyunluq cəzaya məruz qalıb.

Beləliklə, 32 yaşlı hücumçu "Barselona" ilə superkubokun təkrar görüşünü, həmçinin La liqada "Deportivo", "Valensiya", "Levante" və "Real Sosyedad"la görüşləri buraxacaq.