"Ronaldoya deyin, işi ilə məşğul olsun" - Maradona
"Ronaldoya deyin ki, gedib işi ilə məşğul olsun". SportLine.az xəbər verir ki, bu sözləri Diyeqo Maraqdona goal.com saytına açıqlamasında deyib.
5-ci dəfə "Qızıl top" mükafatına sahib çıxan Kriştianu Ronaldu "France Football" nəşrinə müsahibəsində, "Tarixin ən yaxşı futbolçusu mənəm", - demişdi. Portuqaliyalının bu fikrinə münasibət bildirən D.Maradona, "Mövzu futbol tarixinin ən yaxşılarıdırsa, Alfredo Di Stefano, Yohan Kroyf və Lionel Messidən danışmalıyıq. Yalnız onlardan sonra Ronaldu haqda danışa bilərik", - deyə söyləyib.
Bir vaxtlar Madrid "Real"ında K.Ronaldu ilə birgə çıxış edən Danilo da K.Ronaldunu "ən yaxşı" hesab etmir: "Ronaldu ancaq qol vurmaq barədə düşünür. Həmişə demişəm ki, mənim üçün üç ideal futbolçu var - Neymar, İsko və Marselo".
Xatırladaq ki, K.Ronaldu "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatına 5-ci dəfə sahib çıxdıqdan sonra ən çox beynəlxalq mükafat qazanan futbolçu olub.