Ronaldu Avropanın ən yaxşısıdır

Avropada "ilin ən yaxşı idmançısı" müəyyənləşib.

SportLine.az xəbər verir ki, Portuqaliya millisinin və Madrid "Real"ının ulduzu Kriştianu Ronaldu mükafata sahib çıxıb. Futbolçu 26 beynəlxalq agentlik arasında keçirilən sorğuda qalib olub. 

Qeyd edək ki, K.Ronaldu səsvermədə "Formula 1" pilotu Luis Hemilton, eləcə də, Rafael Nadal və Roje Federer kimi tennisçiləri arxada qoyub.