Ronaldu daha bir mükafata layiq görüldü
Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası “Globe Soccer Awards” mükafatının qaliblərini açıqlayıb. Kriştiano Ronaldu ilin ən yaxşı futbolçusu hesab edilib. “Real Madrid” isə ilin ən yaxşı klubu nominasiyasında qalib olub. Realın prezidenti Florentino Peres ən yaxşı klub rəhbəri, Portuqaliya seçməsinin baş məşqçisi Fernandu Santuş ən yaxşı məşqçi, Mark Klattenburq isə ən yaxşı hakim sayılıb. Ən yaxşı ərəb futbolçu adına “Roma”nın yarımmüdafiəçisi Məhəmməd Salah layiq görülüb. “Antalyaspor”un kamerunlu ulduz hücumçusu Samuel Eto'o isə karyerası ərzində qazanılan uğurlara görə mükafatlandırılıb.