Ronaldu Messiyə çatdı

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatı sahibini tapıb. SportLine.az xəbər verir ki, 2017-ci ilin ən yaxşısı seçilən Kriştianu Ronaldu mükafata layiq görülüb.

Karyerası ərzində 5-ci dəfə "Qızıl top"a yiyələnən Portuqaliya millisinin və "Real"ın hücumçusu bu göstəricidə Lionel Messiyə çatıb.

Səsvermədə L.Messi 2-ci, Neymar isə 3-cü olub.

Qeyd edək ki, K.Ronaldu 2008, 2013, 2014 və 2016-cı illərdə də analoji uğuru təkrarlayıb.