Ronaldunun koronavirus testinin cavabı bilindi

“Yuventus”un potuqaliyalı ulduzu Kristianu Ronaldunun koronavirus epidemiyası ilə bağlı testinin cavabı bilinib.
Sportline.az xəbər verir ki, Portuqaliyada karantinə alınan 35 yaşlı futbolçuda koronavirus aşkarlanmayıb.
 
Bununla belə, milli komandanın kapitanı klubuna qoşulmaq üçün hələlik İtaliyaya göndərilməyəcək.
 
Qeyd edək ki, “Yuventus”un müdafiəçisi Daniele Ruqanidə koronavirus xəstəliyi aşkarlandığından, Ronaldo doğma şəhəri Madeyrada karantinə alınmışdı.
Banner