Ronaldunun orijinal maskası
"Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldu koronavirus pandemiyası ilə bağlı çağırış edib.
Sportline.az xəbər verir ki, "İnstagram” hesabında Portuqaliya və İtaliya bayraqları rəngində maskalarla 2 şəklini paylaşan superulduz belə yazıb:
"Dünyamız üçün çox çətin olan bu anda birləşməyimiz, bir-birimizi dəstəkləməyimiz vacibdi. Gəlin, başqalarına kömək üçün gücümüz çatanı birlikdə edək”.
Qeyd edək ki, Ronaldu karantin dönəmini ailəsi ilə birgə Madeyra adasındakı villasında keçirir.