"Rostov"un futbolçusu karyerasını Türkiyədə davam etdirəcək

"Rostov"un yarımmüdafiəçisi Daniil Utkin "Hatayspor" klubuna transfer olunur.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, rusiyalı futbolçu bu gün yeni klubu üçün tibbi müayinədən keçəcək.

İcarə əsasında Hatay klubunun yolunu tutan Utkin 1 illik müqaviləyə imza atacaq.

Bu mövsüm "Rostov"un heyətində 7 oyuna çıxan 24 yaşlı futbolçu bu görüşlərdə 2 asist edib.

Qeyd edək ki, "Hatayspor" Super Liqada 4 turdan sonra 1 xal toplayıb.