Rövnəq Abdullayev namizədliyini irəli sürüb

Martın 11-də keçiriləcək Hesabat-Seçki Konfransında Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu qərar AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndinə əsasən verilib.

Xatırladaq ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə isə 2012-ci ildə AFFA-nın prezidenti seçilib. 

Banner