Rövnəq Abdullayev üçün əlamətdar gün

Bu gün AFFA və SOCAR-ın prezidenti Rövnəq Abdullayevin doğum günüdür. 

Sportline.az xəbər verir ki, milli assosiasiyaya 2008-ci ildən rəhbərlik edən R.Abdullayevin 54 yaşı tamam olur.

2004-cü ildən isə o, "Neftçi" klubunun prezidenti olub.

R.Abdullayevin rəhbərliyi altında "ağ-qaralar" Azərbaycan çempionluğunu (2004, 2005), kubokunu (2004) və Birlik Kubokunu (2006) qazanıb.