Ruben Amorim brazilyalı futbolçunun klubda qalmasını istəyir
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim brazilyalı futbolçu Kazemironun klubda qalmasını rəhbərliktən tələb edib.
Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxis 33 yaşlı yarımmüdafiəçinin çıxışından razıdır.
Bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Kazemironun klubla sözləşməsi 2026-cı ilin iyun ayında başa çatacaq.