Ruben Amorim İngiltərə millisinin üzvünü komandasında görmək istəyir
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Gehinin transferini rəhbərliktən tələb edib.
Sportline.az jurnalist Migel Delaneyin məlumatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” yanvar ayında London klubuna rəsmi təklif göndərəcək.
Gehinin “Kristal Pelas”la sözləşməsi gələn ilin yayında başa çatacaq.
Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm meydana çıxdığı 23 oyunda 2 qol, 4 asistlə yadda qalıb.