Ruben Amorim: "Yeni ili qeyd edəcək vəziyyətdə deyiləm"

"Mançester Yunayted"in portuqaliyalı çalışdırıcısı Ruben Amorim jurnalistlərə müsahibəsində maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, 39 yaşlı mütəxəsis "Sky Sports"a müsahibəsində bu fikirləris səsləndirib;

"Mən bura sadəcə qələbə qazanıb kuboklar əldə etməyə gəlmişəm. Yeni ili qeyd edəcək vəziyyətdə deyiləm. İşlərimiz çoxdur. Hazır da ürək açan durumda deyilik. Azarkeşlər kimi məndə əsəbiyəm. Bütün problemləri həll etmək lazımdır. Bunların həll yolunu oturub fikirləşməliyəm. Komandama kuboklar qazandırmaq istəyirəm. Biz bunun üçün döyüşəciyik", -deyə R.Amorim bildirib.

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 22 xalla 13-cü pillədə yer alıb.