Ruben Diaş: “Enfield Roud”da oynamaq çox çətindir”

“Mançester Siti”nin portuqaliyalı futbolçusu Ruben Diaş “Liverpul” matçı sonrası jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, “TNT Sports” kanalına müsahibə verən Ruben Diaş bu fikirləri səsləndirib;

“Enfield Roud”da oynamaq çox çətindir. Bunu bizim ən yaxşı oynadığımız dönəmlərdədə demişəm. Orada güclü atmosfer olur. Buda rəqibi daim həyacan içərisində saxlayır. Lakin biz “Mançester Siti”yik hərşeyin üstəsindən gələ bilərik. Sadəcə zamana ehtiyacımız var”, - deyə Ruben Diaş bildirib.

Qeyd edək ki, “Mançester Siti” turnir cədvəlində 23 xalla 5-ci pillədə yer alıb.