Ruben Neveş "Əl-Hilal"da qaldı

"Əl-Hilal" portuqaliyalı yarımmüdafiəçi Ruben Neveşlə 2029-cu ilin yayına qədər yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu ilə "Mançester Yunayted" klubu transfer etmək istəyirdi.

Qeyd edək ki, R.Neveş cari mövsüm meydana çıxdığı 24 matçda 9 qol, 6 asistlə yadda qalıb.