Ruben Neveş İngiltərəyə qayıdır

"Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neveş karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportline.az "Times Sport"a istinadən xəbər verir ki, "Nyukasl Yunayted" və "Mançester Yunayted" 28 yaşlı oyunçunun xidmətində maraqlıdır.

Portuqaliya millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 oyunda 6 qol, 3 asistlə yadda qalıb.

Qeyd edək ki, R.Neveşin dəyəri "Transfermarkt" portalına görə, 25 milyon avrodur.