Rudiger Londona qayıdır

"Çelsi" sabiq futbolçusu Antonio Rudigeri transfer etmək istəyir.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, London klubu 32 yaşlı stopperi gələn ilin yayında azad agent kimi heyətə qatmaq niyyətindədir.

"Real Madrid" Rudigerlə yeni müqavilə bağlamaq fikrində deyil.

Qeyd edək ki, Almaniya millisinin üzvü "Çelsi"yə qayıtmağa isti yanaşır.

O, bu mövsüm 6 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.