Rus klubunda söyüş qadağası qoyuldu
Rusiyanın "Ufa" klubunun baş məşqçisi Sergey Semak rəhbərlik etdiyi komandada söyüşə qadağa qoyub. Sportline.az sportbox.ru-ya istinadən xəbər verir ki, futbolçular hər nalayiq ifadəyə görə cərimə ödəməli olacaqlar. Rusiya millisinin sabiq futbolçusu komanda ilə ilk iclasında bu qərarını açıqlayıb.