Rüştü xəstəxanadan buraxıldı

Türkiyə millisinin koronavirusa yoluxmuş sabiq futbolçusu Rüştü Rəçbər xəstəxanadan buraxılıb. 

Sportline.az "NTV Spor"a istinadən xəbər verir ki, veteran qapıçı müalicəni evində davam etdirəcək.  

Rəçbərdə koronavirusun simptomları martın 28-də aşkarlanıb.

O, xəstəxanada 10 günədək müalicə alıb.