Rusiya çempionatı: 1 həftəyə 2 tur
Rusiyada ölkə çempionatının iyunun 21-də bərpa olunacağı barədə xəbər vermişdik.
Sportline.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
Mövsümün iyulun 24-də başa çatacağı gözlənilir. Bunun üçün komandalar 4 həftə ərzində 8 tur keçirlməlidir. Rusiya kuboku turnirin isə iyunun 24-də başlanacaq. Final matçı iyulun 25-ə planlaşdırılıb. Sıx cədvələ görə oyunlarda 5 əvəzetməyə icazə veriləcək.
Rusiya Premyer Liqasının martın 17-də koronavirus pandemiyası səbəbindən dayandırıldığını da xatırladaq.