Rusiya çempionatı bərpa olunur

Futbol üzrə Rusiya Premyer Liqasının bərpa tarixi açıqlanıb.

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, bununla bağlı qərar Rusiya Futbol ittifaqının (RFS) İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Çempionat iyunun 21-də qaldığı yerdən davam etdiriləcək.

Oyunlarda 5 əvəzetməyə icazə veriləcək.

Qeyd edək ki, Premyer Liqa martın 17-də koronavirus pandemiyası səbəbindən dayandırılmışdı.