Rusiya futbolunda koronavirus dalğası davam edir
Rusiyanın "Orenburq" klubunun 3 futbolçusu koronavirusa yoluxub.
Sportline.az "Championat.com"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin heyətində Andre Çukanov, Filip Roqiç və Jiqa Şkoflyekdə xəstəliyin simptomları aşkarlanıb.
Hər 3 oyunçu karantinə yerləşdirilib və müalicələrinə başlanılıb.
Qeyd edək ki, Rusiyada daha əvvəl Moskvanın "Lokomotiv" və "Dinamo" klublarında, həmçinin "Rubin"də koronavirusa yoluxma halları qeydə alınıb. Həmçinin "Lokomotiv"in (Moskva) prezidenti Leonid Fedun eyni səbəbdən xəstəxanaya yerləşdirilib.