Rusiya millisinin baş məşqçisi Azərbaycanla oyundan danışdı

“Həmkarımın dedikləri ilə razıyam, həqiqətən də maraqlı oyun alındı”. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri futzal üzrə Rusiya millisinin baş məşqçisi Sergey Skoroviç deyib.

İranda keçirilən beynəlxalq turnirdə millimizlə qarşılaşan və 4:3 hesablı qələbə qazanan Şimal qonşularımızın çalışdırıcısı oyundan sonra fikirlərini bölüşüb: “Matçın gedişində həm biz, həm də rəqib üstünlük əldə etdi. Ancaq Azərbaycanın 5 meydan oyunçusu ilə yaxşı çıxış etdiyini bildirdik. Hətta bir gün əvvəl 5 oyunçu ilə çıxış etdikləri zaman İran millisinə qol vurduqlarını da gördük. Bunun qarşısını almaq istəyirdik. Təəssüf ki, istəyimizə tam nail ola bilmədik, çünki bizə də belə vəziyyətdə qol vurdular. Bu gün maksimum gücümüzdən istifadə etdik. Bərabər səviyyəli oyun keçdi, nəticəni son anda epizodları dəqiq tamamlayan komanda müəyyənləşdirdi. Oyunumuzdan arzı qaldım”.