Rusiya millisinin yeni baş məşqçisi məlum oldu

Rusiya seçməsinin yeni baş məşqçisi bəlli olub. SportLine.az xəbər verir ki, Leonid Slutskinin gedişindən sonra boş qalan vəzifəyə Stanislav Çerçesov gətirilib. Rusiya Futbol İttifaqının bu gün məsələni rəsmiləşdirəcəyi gözlənilir.

Məlumata görə, ona yeni işində Miroslav Romaşenko, Gintaras Stauçe və Vladimir Panikov kömək edəcək.

Razılaşmaya əsasən, Çerçesov DÇ-2018-in sonuna qədər, yəni qarşıdakı 2 il ərzində Rusiya millisinin “sükanı arxası”nda olacaq. Məşqçilər korpusunun illik məvacibi ümumilikdə 2,6 milyon avro təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildə dünya çempionatı məhz Rusiyada keçiriləcək.